Əsas səhifə » YPG ya təslim olmalı ya da Suriyada məhv olacaqlar – Ərdoğan

YPG ya təslim olmalı ya da Suriyada məhv olacaqlar – Ərdoğan

BAKI,AzerVoice

PKK terror təşkilatının Suriya qolu olan YPG terror təşkilatı ya təslim olmalıdır ya da Suriyada məhv olacaqlar. AzerVoice xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Ya separatçı qatillər silahlarını yerə qoyacaqlar, ya da silahları ilə birlikdə Suriya ərazisində basdırılacaqlar”.-deyə Ərdoğan bildirib.

Ərdoğan Türkiyənin Hələbdə konsulluğunun tezliklə açılacağını və gələn ilin yayında qəbul etdiyi milyonlarla suriyalı miqrantın bir qisminin geri qayıtmağa başlaması ilə sərhədlərində trafikin artacağını gözlədiyini də əlavə etdi.

Qeyd edək ki, Türkiyənin daxili işlər naziri Əli Yerlikayanın verdiyi məlumata görə, son 15 gün ərzində 25 mindən çox suriyalı qaçqın Türkiyə sərhədini keçərək ölkələrinə keçib.

Digər Kateqoriyalar

2024 © Azervoice