BAKI,AzerVoice
Suriyanın yeni Baş Komandanlığı açıqlamasında bildirib ki, onun lideri, Suriyanın faktiki başçısı Əhməd əl-Şara bu gün (çərşənbə axşamı) “inqilabçı fraksiyaların” liderləri ilə bütün fraksiyaların ləğvi ilə nəticələnən razılığa gəlib. AzerVoice xəbər verir ki, bütün fraksiyalar ölkənin müdafiə nazirliynə tabe olduqlarını bildiriblər.
Qedy edək ki, baş nazir Məhəmməd əl-Bəşir ötən həftə bildirib ki, Müdafiə Nazirliyi əvvəllər müxalifətin tərkibində olan fraksiyaları və Bəşər Əsədin hakimiyyəti dövründə ordudan ayrılan zabitləri əhatə edəcək şəkildə yenidən formalaşdırılacaq. Hal hazırda Əl-Şaraa bir çox qruplar arasında toqquşmalardan qaçmağa çalışmaq kimi çətin bir vəzifə ilə üzləşir.
Məlumat üçün bildirək ki, Suriyalı müxalif döyüşçülər dekabrın 8-də paytaxt Dəməşqə nəzarəti ələ keçirərək Əsədi 13 ildən çox davam edən vətəndaş müharibəsindən sonra qaçmağa məcbur etdilər və onun ailəsinin onilliklərlə sürən hakimiyyətinə son qoydular.