Bakı,
AzerVoice
Suriyada yeni administrasiya, Baas rejimini devirdikdən sonra
silahlı qruplarla özlərini ləğv edib Müdafiə Nazirliyinin çətiri
altında birləşmək üçün razılığa gəlib.
AzerVoice xəbər verir ki, Suriya Xəbər
Agentliyinin (SANA) verdiyi məlumata görə, bu razılaşma, yeni
administrasiyanın rəhbəri Əhməd Şara ilə silahlı qrupların
rəhbərləri arasında keçirilən görüşün nəticəsidir.
Bu iclasda, silahlı qrupların öz müstəqil fəaliyyətlərini sona
çatdıraraq, Suriya Müdafiə Nazirliyinin rəhbərliyi altında
birləşmələri qərara alınıb.
Qeyd edək ki, Noyabrın 27-də “Həyat Təhrir əş-Şam” təşkilatının
rəhbərliyi ilə rejim qüvvələrinə qarşı başlanan əməliyyatda bir çox
silahlı qruplar iştirak edib və bu qruplar müxalifətin
irəliləməsində mühüm rol oynamışdı.