Bakı,
AzerVoice
Türkiyənin Daxili İşlər Naziri Ali Yerlikaya qatıldığı canlı
yayımda ölkəsinə geri qayıdan suriyalıların sayı ilə bağlı mühüm
açıqlamalar verib.
AzerVoice xəbər verir ki, Yerlikaya,
Suriyada baş verən böyük insan faciəsinə toxunaraq, Türkiyənin
immiqrasiya siyasətinin həmişə humanist və vicdanlı olduğunu
bildirib.
Nazir, hazırda Türkiyədə qanuni qalmaq hüququ olan 4 milyon 164
min 472 əcnəbi olduğunu, bunlardan 2 milyon 920 mininin Suriyalı
olduğunu açıqlayıb.
2017-ci ildən bu yana 763 min 443 nəfər suriyalının könüllü olaraq
vətənlərinə geri döndüyünü qeyd edən Yerlikaya, azad edilmiş
ərazilərə 15 gün ərzində 25 min nəfərin qayıtdığını da
vurğulayıb.
Ən çox suriyalı Kilisdə olduğu halda, İstanbulda isə bu rəqəm 3
faiz təşkil edir. Yerlikaya, bunlardan 819 min suriyalı tələbənin
məktəbə getdiyini və 76,5% məktəbəqədər təhsil səviyyəsinin
olduğunu bildirib.
Suriya prezidenti Bəşar Əsədin qaçarkən ölkənin seyfindəki bütün pulları götürdüyü üçün ölkədə məmurların maaşlarını belə ala bilmədiyini qeyd edən nazir, Suriya ilə bağlı sülh mühitinin hökm sürməsi və hökumətin dəstəklənməsi üçün öz töhvələrini verəcəklərini bildirib.