Bakı. AzerVoice
Fransa yanvarda ərəb, türk və qərb tərəfdaşları ilə Suriya üzrə görüş keçirəcək.
AzerVoice Arab.AZ-a istinadən xəbər verir ki, bu haqda Fransanın xarici işlər naziri Jan-Noel Barrot çərşənbə günü bildirib.
İclas keçən həftə İordaniyada keçirilən görüşün davamı olacaq.
Parlamentdə çıxış edən Barrot əlavə edib ki, Suriyada yenidənqurma yardımı və sanksiyaların ləğvi yeni hakimiyyətin aydın siyasi və təhlükəsizlik öhdəliklərindən asılı olacaq.
O, Suriyanın yeni keçid orqanlarının sözlərə görə deyil, zamanla hərəkətlərinə görə qiymətləndiriləcəyini vurğulayıb.
Daha əvvəl Fransa prezidenti Emmanuel Makron və Türkiyə
prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyada keçidin ölkədəki bütün
icmaların hüquqlarına hörmətlə yanaşması ilə bağlı razılığa
gəliblər, bu haqda Fransa prezidentliyi çərşənbə günü liderlərin
telefonla danışmasından sonra bildirib.
Onlar 2254 saylı qətnamənin prinsiplərinə uyğun olaraq, Suriyadakı
bütün icmaların əsas hüquqlarına hörmətlə yanaşaraq, dinc və
təmsilçi siyasi keçidin mümkün qədər tez həyata keçirilməsini
arzuladıqlarını bildiriblər.
Barrot əlavə edib ki, Suriyanın şimal-şərqindəki Mənbic və
Kobani şəhərlərində döyüşlər dərhal dayandırılmalıdır.
Onun sözlərinə görə, Fransa Suriyanın şimal-şərqində türklər və
kürdlər arasında hər iki tərəfin maraqlarına cavab verən anlaşma
tapmaq üçün çalışır.
Macron Ərdoğanla etdiyi zəngdə Suriyalı kürdlərin siyasi keçid
prosesinə tam inteqrasiya olunmasının lazım olduğunu açıqlayıb.
Kürdlərin rəhbərlik etdiyi Suriya Demokratik Qüvvələri siyasi keçid
prosesinin bir hissəsi olmalıdır, deyə o, bildiirb.