Bakı, AzerVoice
Ötən ilin oktyabrında Qəzza zolağında başlayan müharibənin davam etməsi səbəbindən ümumilikdə “33 israilli girov” öldürülüb, onlardan bəzilərinin harada ölde bəlli deyil.
AzerVoice ArabAZ-a istinadən xəbər verir ki, bu haqda HƏMAS hərəkatının bəyanatında deyilir.
“Netanyahu və ordusunun dinc Qəzza xalqına qarşı müharibəsi ucbatından 33 sionist məhbus öldürüldü HƏMAS İsrailə xəbərdarlıq edib ki, Qəzza zolağında müharibəni davam etdirməklə “əsirlərinizi əbədi olaraq itirə bilər”-deyə bəyanatda deyilir.
Qısa müddətdən sonra hərəkat girovların ölümünün vaxtı və üsulu ilə bağlı təfərrüatların yer aldığı video yazı dərc edərək, onların taleyində İsrailin baş naziri Benyamin Netanyahunu günahlandırıb. Qəzzaya hava zərbələri davam edərkən, İsrail ordusu hələlik hər hansı şərh verməyib.
HƏMAS hərəkatının hərbi qanadı olan Əl-Qəssam Briqadaları daha əvvəl İsrailin oktyabrın 7-dən etibarən Qəzza zolağında müxtəlif məntəqələrə təşkil etdiyi bombardmanda israilli məhbusların öldürüldüyünü elan etmişdi. HƏMAS İsraili məhbusları qəsdən öldürməkdə günahlandırmışdı.
İsrailin statistik məlumatlarına görə, 7 oktyabr 2023-cü ildə HƏMAS döyüşçülərinin 1200 nəfərin ölümü və 250 girovun qaçırılması ilə nəticələnən hücumundan sonra İsrail Qəzzaya müharibəyə başlayıb. İsrailin hərbi hücumu zolağın geniş ərazilərinin dağıdılması ilə yanaşı, oradakı rəsmilərə görə, 44 mindən çox fələstinlinin ölümünə və Qəzza sakinlərinin əksəriyyətinin didərgin düşməsinə səbəb olub.