Əsas səhifə » İslamdan öncə Muhəmməd adı istifadə olunurdu?

İslamdan öncə Muhəmməd adı istifadə olunurdu?

Bakı,AzerVoice

Müasir dünyamızda Muhəmməd adı (Məhəmməd) ən çox yayılan adlardan biri olmaqla yanaşı, ən sevilən adlardan biridir. Bu İslam peyğəmbərinin adıdır. Maraqlıdır, görəsən bu ad İslamdan öncə istifadə olunurdu? Qədim mətnləri araşdırarkən görürük ki , İslam öncəsi ərəblərin Muhəmməd haqqında yetərincə bilgisi var idi. Belə ki , əsasən yəhudi və xristianlar onalara yaxında Muhəmməd adlı bir peyğəmbərin göndəriləcəyini deyir və hesab edirdilər ki , o yəhudi və ya xristian olacaq.

Buna görə də ərəblərin bəzisi, peyğəmbər olacağı ümidi ilə oğullarının adını Muhəmməd qoyurlar.

İslam öncəsi Muhəmməd adı istifadə edən ailələrin adları aşağıdakılardır;

1. Bəni Təmimlərdən ( Təmin oğullarından) Süfyan ibn Mücaşi oğlunun adını Muhəmməd qoymuşdu,Muhəmməd ibn Süfyan daha sonra keşiş oldu.

2. Bəni Süleymlərdən Zevkan oğnuna peyğəmbər olacaq ümidi ilə Muhəmməd adını vermişdi, onun oğlu da daha sonra keşiş oldu.
Taxiri sənədləri araşdırarkən İslam öncəsi 10 – dan çox yeni doğulan uşağa Muhəmməd adı verildiyini görmüş olarıq.

Digər Kateqoriyalar

2025 © Azervoice