Əsas səhifə » Quranda Məhəmməd peyğımbərin adı keçən ayələr hansılardır?

Quranda Məhəmməd peyğımbərin adı keçən ayələr hansılardır?

BAKI,AzerVoice

Məhəmməd Peyğəmbər bəşəriyyətə göndərilən son peyğəmbərdir. O, 571-ci ildə Məkkədə doğulub və 632-ci ildə Mədinədə vəfat edib. Müsəlmanlar onu Allahın insanlara göndərdiyi sonuncu peyğəmbər kimi qəbul edir və onun həyatını, sözlərini və davranışlarını (sünnə) İslam həyat tərzinin əsas nümunəsi kimi görürlər.

Məhəmməd Peyğəmbərin həyatı İslam tarixində çox mühüm yer tutur. O, 40 yaşında ikən Hira mağarasında aldığı ilk vəhydən sonra İslamı yaymağa başlamışdır. Onun təbliğatı ilk illərdə Məkkədə ciddi müqavimətlə qarşılaşsa da, sonradan Mədinəyə hicrət etdikdən sonra İslam dövlətini qurmuş və dinin yayılmasını davam etdirmişdir.

Müsəlmanlar üçün Məhəmməd Peyğəmbərin adı çəkiləndə "sallallahu aleyhi və səlləm" (s.ə.s.) ifadəsi əlavə olunur ki, bu da "Allahın salavatı və salamı onun üzərinə olsun" mənasını verir.

Quranda Məhəmməd peyğımbərin adı keçən ayələr hansılardır?

Ali İmran Surəsi, 144-cü ayə
Muhəmməd ancaq bir elçidir. Ondan əvvəl də elçilər gəlib getmişlər. Məgər o ölərsə və ya öldürülərsə siz gerimi dönəcəksiniz? Kim geri dönərsə, Allaha heç bir zərər yetirməz. Allah şükür edənləri mükafatlandırar.

Əl-Əhzab surəsi, 40-cı ayə
Muhəmməd aranızdakı kişilərdən heç birinin atası deyildir. Lakin o, Allahın Elçisi və peyğəmbərlərin sonuncusudur. Allah hər şeyi bilir.

Əl-Əhqaf surəsi, 35-ci ayə
Elçilərdən möhkəm iradə sahiblərinin səbr etdiyi kimi, sən də səbr et! Onlara (əzabın) tez gəlməsini istəmə. Onlar vəd olunduğunu görəcəkləri gün gündüzün bircə saatı qədər qaldıqlarını sanacaqlar. (Bu), bir təbliğatdır. Heç fasiq adamlardan başqası məhv edilərmi?

Muhəmməd surəsi, 2-ci ayə
İman gətirib yaxşı işlər görənlərin, öz Rəbbindən gerçək həqiqət kimi Muhəmmədə nazil edilənə inananların isə (Allah) günahlarından keçmiş və onların vəziyyətini yaxşılaşdırmışdır.

Əl-Fəth surəsi, 29-cu ayə
Muhəmməd Allahın Elçisidir. Onunla birlikdə olanlar kafirlərə qarşı sərt, öz aralarında isə mərhəmətlidirlər. Sən onları rüku edən, səcdəyə qapanan, Allahdan lütf və razılıq diləyən görərsən. Əlamətləri isə üzlərində olan səcdə izidir. Bu onların Tövratdakı vəsfidir. İncildə isə onlar elə bir əkin kimi vəsf olunurlar ki, bu (əkin) cücərtisini üzə çıxarıb onu qüvvətləndirmiş, o da getdikcə qalınlaşıb gövdəsi üstündə şax duraraq əkinçiləri heyran etmişdir. (Allah möminlərin sayını artırır, özlərini də qüvvətləndirir) ki, kafirləri qəzəbləndirsin. Allah onlardan iman gətirib yaxşı işlər görənlərə bağışlanma və böyük bir mükafat vəd etmişdir.

Digər Kateqoriyalar

2025 © Azervoice