Əsas səhifə » Əfsanəvi hücumçu Ceymi Vardi klubdan ayrılır

Əfsanəvi hücumçu Ceymi Vardi klubdan ayrılır

BAKI, AzerVoice

İngiltərənin Premyer Liqa təmsilçisi Lester Sitinin əfsanəvi hücumçusu Ceymi Vardi mövsümün sonunda komandadan ayrılacaq.

AzerVoice xəbər verir ki, klubun rəsmi internet saytında yayımlanan məlumata görə, 38 yaşlı futbolçu 13 il ərzində komandada çıxış edərək 498 oyunda 198 qol vurub.

Lester Sitinin prezidenti açıqlamasında Vardinin klub tarixindəki əhəmiyyətinə toxunub.

"Ceymi yalnız əla futbolçu deyil, həm də bənzərsiz bir insandır. Onun klubumuza verdiyi töhfələr üçün ona sonsuz təşəkkür edirik. O, Lester Siti ilə bağlı hər kəsin qəlbində xüsusi yer tutur"- deyə o bildirib.

Vardi, 2015–2016 mövsümündə Lester Sitinin 131 illik tarixində ilk dəfə Premyer Liqa çempionu olmasında mühüm rol oynayıb.

O, həmçinin 2020–2021 mövsümündə komanda ilə birlikdə İngiltərə Federasiya Kubokunu da qazanıb.

Digər Kateqoriyalar

2025 © Azervoice