BAKI,AzerVoice
UFC-nin yüngül çəki dərəcəsində hazırkı çempionu İslam Maxaçevin qarşıdan gələn UFC 317 turnirində İliya Topuriya ilə kəmər uğrunda döyüşə çıxacağı ehtimal olunur.
AzerVoice xəbər verir ki, bu barədə məlumatı UFC analitiki və insayderi Alvaro Kolmenero yayıb.
Məlumata görə, UFC-nin keçmiş yarımyüngül çəki çempionu olan və hazırda yüngül çəkiyə keçən meksikalı-gürcü döyüşçü İliya Topuriya 28 iyun tarixində ABŞ-ın Nevada ştatındakı T-Mobile Arenada keçiriləcək UFC 317 turnirində titullu döyüşə çıxacaq.
Topuriyanın mümkün rəqibləri arasında hazırkı çempion İslam Maxaçev və bu çəkidə reytinqdə ikinci yerdə olan braziliyalı döyüşçü Çarlz Oliveyra göstərilir.
Öz növbəsində Maxaçev də daha əvvəl verdiyi açıqlamalarda çəki dərəcəsini dəyişmək niyyətində olduğunu və yarıorta çəkiyə keçməyi planlaşdırdığını bildirib.
Lakin bu keçidi tələsmədən həyata keçirəcəyini deyən çempion səbəb kimi həmin divizionun çempionu olan dostu Belal Məhəmmədlə münasibətlərini göstərib.
Maxaçevin bu çəkidəki digər potensial rəqibi isə qazaxıstanlı UFC döyüşçüsü Şavkat Rəxmanov ola bilər. Lakin UFC 311 turniri öncəsi keçirilən media günündə Maxaçev bildirib ki, nə Belalla, nə də Şavkatla döyüşmək istəmir, çünki hər ikisi ilə dost münasibətləri var.