BAKI, AzerVoice
Etnosporun ürəyi Sankt-Peterburqda- 75 ölkə ənənəvi idman üçün bir araya gəlib.
AzerVoice xəbər verir ki, Rusiyanın
Sankt-Peterburq şəhərində keçirilən VII Etnoidman Forumu dünyanın
75 ölkəsindən iştirakçıları bir araya gətirib.
Forumda, ənənəvi idman növlərinin gələcəyi, onların şəhər həyatına
inteqrasiyası və beynəlxalq əməkdaşlıq imkanları müzakirə
olunub.
Forumun açılışında Dünya Etnoidman Konfederasiyasının (DİK) prezidenti Necməddin Bilal Ərdoğan, ənənəvi idmanların yalnız fiziki fəaliyyət deyil, həm də insanların təbiət və cəmiyyətlə bağlarını yenidən qurduğunu vurğuladı. Ərdoğan, forumun bu sahənin gələcəyi üçün əhəmiyyətli bir platforma olduğunu və bütün iştirakçı ölkələrə təşəkkürlərini bildirdi.
Forumda, Qazaxıstan, Yaponiya, Meksika, Qətər, Monqolustan, Argentina, Türkiyə, Polşa, Azərbaycan və digər ölkələrdən nümayəndələr iştirak edir. İki gün davam edəcək tədbirdə, ənənəvi idman növlərinin strateji inkişafı, maliyyə dayanıqlılığı və media yanaşmaları ilə bağlı panellər və müzakirələr keçiriləcək.
Qeyd edək ki, Forumda həmçinin ənənəvi idman növlərinin dirçəldilməsi məqsədilə müxtəlif akademiklər, federasiya nümayəndələri və tədqiqatçılar iştirak edəcək və bu sahədəki inkişaf və davamlılıq məsələləri müzakirə olunacaq.