Əsas səhifə » UEFA Avropa Liqasında yarımfinalçılar bəlli olub

UEFA Avropa Liqasında yarımfinalçılar bəlli olub

BAKI,AzerVoice

UEFA Avropa Liqasının 2024/2025 mövsümündə yarımfinal mərhələsinə yüksələn komandalar müəyyənləşib.

AzerVoice xəbər verir ki, gərgin və dramatik qarşılaşmaların yaşandığı 1/4 final mərhələsinin cavab oyunlarının ardından Mançester Yunayted, Atletik Bilbao, Tottenham və Bodo/Glimt turnirin son 4-lüyünə adlayan komandalar oldular.

Gecənin ən diqqətçəkən qarşılaşması İngiltərədə baş tutub. Mançester Yunayted, evində Fransa təmsilçisi Olimpik Lyona qarşı geri dönüşə imza ataraq 5-4 hesablı qələbə ilə yarımfinala yüksəlib.

İlk hissəni Ugarte (10-cu dəq.) və Dalot (45+1)-in qolları ilə 2-0 öndə bitirən "qırmızı şeytanlar", ikinci hissədə Tolisso (71) və Tagliafico (78)-nun qolları ilə üstünlüyünü itirdi. Matçın əsas vaxtı və ilk oyun 2-2 hesabı ilə bitdiyi üçün oyun əlavə vaxta keçdi.

Tolisso-nun 89-cu dəqiqədə qırmızı vərəqə almasına baxmayaraq, Lyon Cherki (105) və Lacazette (110, pen.) ilə 4-2 önə keçdi. Lakin Mançester Yunayted son dəqiqələrdə inanılmaz dönüş etdi: Fernandes (114, pen.), Mainoo (120) və Maguire (120+1)-in qolları ilə 5-4 qalib gələn komanda oldu.

Yarımfinal cütlükləri belədir:

Mançester Yunayted – Atletik Bilbao

Tottenham – Bodo/Glimt

Digər Kateqoriyalar

2025 © Azervoice