BAKI,AzerVoice
UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda Arsenal, səfərdə Real Madrid üzərində 2:1 hesablı qələbə qazanaraq yarımfinala yüksəldi.
AzerVoice xəbər verir ki, Santiaqo Bernabeu stadionunda keçirilən qarşılaşmada oyun dramatik anlarla başladı.
Artıq 13-cü dəqiqədə Arsenal penalti şansı əldə etdi, lakin Bukayo Sakanın zərbəsini Thibaut Courtois uğurla qaytardı.
65-ci dəqiqədə Saka bu dəfə səhvə yol vermədi və London təmsilçisini önə keçirdi. Real Madrid cavabı çox gözlətmədi. 67-ci dəqiqədə Vinicius Juniorun qolu hesabı bərabərləşdirdi.
90+3-cü dəqiqədə Gabriel Martinelli komandasını önə çıxardı və London klubu matçı 2:1 hesabı ilə qazandı.
İlk oyunu da 3:0 hesabı ilə qalib başa vuran Arsenal, ümumi 5:1 hesabı ilə yarımfinal mərhələsinə vəsiqə qazandı.
Yarımfinalda Arsenal-ın rəqibi Fransanın PSJ klubu olacaq.