Əsas səhifə » Arsenal Bernabeuda tarix yazmaq istəyir, Real möcüzə axtarışında

Arsenal Bernabeuda tarix yazmaq istəyir, Real möcüzə axtarışında

BAKI, AzerVoice

UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunu çərçivəsində bu gecə Real Madrid doğma meydanda Arsenal klubunu qəbul edəcək.

AzerVoice xəbər verir ki, görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Xatırladaq ki, mərhələnin ilk oyununda Arsenal sensasiyalı şəkildə Real Madrid üzərində 3:0 hesablı qələbə qazanaraq ciddi üstünlük əldə etmişdi. “Topçular” bu gecə Santiaqo Bernabeu stadionunda həmin üstünlüyü qorumağa çalışacaq.

Digər tərəfdən, “Kral klubu” isə doğma azarkeşləri önündə möhtəşəm dönüş etməyi və mərhələyə adını yazdırmağı hədəfləyir.

Qarşılaşma futbol ictimaiyyətində böyük maraqla gözlənilir və hər iki komanda üçün turnirdəki taleyini müəyyən edə bilər.

Digər Kateqoriyalar

2025 © Azervoice