BAKI,AzerVoice
UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunlarından sonra PSG və Barselona yarımfinala vəsiqə qazanıblar.
AzerVoice xəbər verir ki, Avropanın klub səviyyəsində ən nüfuzlu turniri olan Çempionlar Liqasında iki cavab oyunu baş tutub.
İlk oyunda 4:0 hesablı qələbə qazanan Barcelona, cavab oyununda Almaniyanın Borussia Dortmund komandasının qonağı olub.
Westfalen stadionunda keçirilən oyunun 11-ci dəqiqəsində Serhou Guirassy “Panenka” tərzi penalti ilə hesabı açıb. O, 49-cu dəqiqədə ikinci qolu vuraraq fərqi artırıb – 2:0.
54-cü dəqiqədə Ramy Bensebaini avtoqol edərək hesabı 2:1 edib. Lakin Guirassy 76-cı dəqiqədə het-trik edərək Dortmund üçün 3:1 üstünlük qazandırıb.
Lakin ilk oyundakı böyük fərq sayəsində Barcelona adını yarımfinala yazdırıb.
Barcelona yarımfinalda Bayern Münhen – Inter cütünün qalibi ilə qarşılaşacaq.
Gecənin digər oyununda ilk oyunda 3:1 hesabı ilə qalib gələn PSG, İngiltərənin Aston Villa komandasının qonağı olub.
Villa Park stadionunda oynanılan matçda PSG-nin müdafiəçisi Əşrəf Hakimi 11-ci dəqiqədə hesabı açıb. 28-ci dəqiqədə Nuno Mendes fərqi iki topa çatdırıb – 2:0.
34-cü dəqiqədə Youri Tielemans hesabı 2:1 edib. İkinci hissəyə sürətli başlayan Aston Villa, 55-ci dəqiqədə John McGinn və 58-ci dəqiqədə Ezri Konsa ilə ardıcıl qollar vuraraq 3:2 önə keçib.
Lakin qalan dəqiqələrdə üstünlüyü qoruyan PSG, ümumi hesabla (5:4) yarımfinala yüksəlib.
PSG yarımfinalda Arsenal – Real Madrid duelinin qalibi ilə qarşılaşacaq.