100
BAKI, AzerVoice
İqtisadiyyat naziri Mikayıl Cabbarov, Slovakiyada keçirilən Avropa çempionatında böyük uğura imza atan Azərbaycan güləşçilərin təbrik edib.
AzerVoice xəbər verir ki, sərbəst güləş üzrə yığmamız artıq beşinci dəfə komanda hesabında Avropa çempionu olub.
Turnirdə fərdi nəticələrə görə:
- Giorgi Meşvildişvili (125 kq) qızıl
- Osman Nurmaqomedov (92 kq) gümüş
- İslam Bazarqanov (57 kq), Əli Rəhimzadə (65 kq), Kənan Heybətov (70 kq) və Ağanəzər Novruzov (74 kq) isə bürünc medal qazanıblar.
Qadın güləşi üzrə komandamızın üzvü Jalə Əliyeva (57 kq) isə zədələrə baxmayaraq yüksək əzmkarlıq göstərərək Avropa üçüncüsü olub.
Bundan əlavə, Yunan-Roma güləşi üzrə milli komandamız da uğurla çıxış edərək ikinci dəfə Avropa çempionu olub.
- Nihat Məmmədli (60 kq), Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) qızıl
- Eldəniz Əzizli (55 kq) gümüş
- Ülvü Qənizadə (72 kq) və İslam Abbasov (87 kq) isə bürünc medal əldə ediblər.
"İdmançılarımızın nümayiş etdirdiyi peşəkarlıq və möhkəm iradə bir daha göstərdi ki, Azərbaycan güləşi dünyanın ən böyük arenalarında sözünü deməyə qadirdir"- deyə nazir bildirib.