BAKI, AzerVoice
Avstraliyalı döyüşçü Aleksandr Volkanovski braziliyalı rəqibi Dieqo Lopes üzərində qələbə qazanaraq UFC-nin yüngül yuxarı çəki dərəcəsində (featherweight) yenidən dünya çempionu olub.
AzerVoice xəbər verir ki, döyüş ABŞ-ın Florida ştatının Mayami şəhərində keçirilən UFC 314 turnirində baş tutub.
Volkanovski qarşılaşmanı hakimlərin yekdil qərarı ilə qazanıb.
Qeyd edək ki, 36 yaşlı Volkanovskinin MMA-da 27 qələbəsi və dörd məğlubiyyəti var. O, bu çəki dərəcəsində UFC çempionu titulunu ilk dəfə 2019-cu ilin dekabrında qazanmış, lakin ötən ilin fevralında ispaniyalı İlia Topuria ilə döyüşdə məğlub olaraq titulu itirmişdi. Daha sonra Topuria titulu geri qaytararaq yüngül çəkiyə (lightweight) keçmişdi.
30 yaşlı Lopes üçün bu, MMA karyerasındakı 7-ci məğlubiyyətdir. Hazırda onun 26 qələbəsi var.