Əsas səhifə » Salah iki il daha Liverpulda

Salah iki il daha Liverpulda

BAKI,AzerVoice

Misirli futbolçu Məhəmməd Salah Liverpul ilə iki illik müqavilə imzalayıb.

AzerVoice xəbər verir ki, uzun müddət davam edən müqavilə danışıqlarından sonra Salah cəlbedici təklifləri rədd edərək, Liverpulda qalmağa qərar verdi.

"Mən imza atdım, çünki başqa kuboklar qazanmaq şansımız olduğunu düşünürəm və futbolumdan həzz alıram"- deyə Salah bildirib.

Qeyd edək ki, Məhəmməd Salah 2017-ci ilin iyul ayında İtaliyanın Roma klubundan Liverpula transfer olunub. Salah Liverpulda ilk oyununa 2017-ci il avqustun 12-də Vatforda qarşı çıxıb və həmin oyunda qol vuraraq debüt edib.​

Salah Liverpulla birlikdə 2019-cu ildə UEFA Çempionlar Liqasını, 2020-ci ildə isə Premyer Liqanı qazanıb. O, klub tarixinin ən məhsuldar hücumçularından biri olaraq bir çox rekordlara imza atıb.

Digər Kateqoriyalar

2025 © Azervoice