Əsas səhifə » Barselona yarı-finala bir addım daha yaxınlaşıb

Barselona yarı-finala bir addım daha yaxınlaşıb

BAKI,AzerVoice

İspaniya təmsilçisi Barselona Çempionlar Liqasının yarı-finalına bir addım daha yaxınlaşıb.

AzerVoice xəbər verir ki, Barselona Almaniyanın Borussiya Dortmund klubunu Lluis Kompanis Olimpiya Stadionunda qəbul edib.

Barselona, Borussiya Dortmundu 4:0 hesabı ilə məğlub edərək yarımfinal üçün böyük üstünlük əldə edib.

Günün digər oyununda Fransa təmsilçisi PSJ Parisdə yerləşən Park de Prens stadionunda İngiltərənin Aston Villa klubunu qəbul edib.

Fransızlar 3:1 hesabı ilə görüşdən qalib ayrılıblar.

Hər iki qarşılaşmanın cavab oyunu 15 aprel, çərşənbə axşamı günü keçiriləcək.

Digər Kateqoriyalar

2025 © Azervoice