116
Bakı,AzerVoice
Türkiyənin Galatasaray klubu UEFA Avropa Liqasının ilk həftə matçında sabah Yunanıstanın PAOK komandasını qəbul edəcək.
AzerVoice xəbər verir ki, görüş RAMS Park stadionunda keçiriləcək.
Galatasaray bu il Avropa macərasına UEFA Çempionlar Liqasının pley-off mərhələsindən başlayıb.
Pley-off mərhələsində İsveçrənin Young Boys komandası ilə qarşılaşan sarı-qırmızılı komanda rəqibinə 3-2 və 1-0 hesabları ilə məğlub olaraq UEFA Avropa Liqasında yoluna davam edir.
Galatasaray-ın baş məşqçisi Okan Burukda cəzası bitdiyinə görə komandasının sükanı arasında olacaq.