84
Bakı,AzerVoice
Trendyol Super Liqasında son Türkiyə çempionu Galatasaray, Fenerbahçe səfərinə yollanır.
AzerVoice xəbər verir ki, görüş Rams Park stadionunda keçiriləcək.
Liqada keçirdiyi beş qarşılaşmada beş qələbə qazanan sarı-qırmızılılar 15 xalla reytinq cədvəlinin ilk pilləsində qərarlaşıb.
Fenerbahçe isə 13 xalla Galatasaray-dan sonra ikinci yerdədir.
Qarşılaşmanın baş hakimi Atilla Karaoğlan, köməkçiləri Ceyhun Sesigüzel və Süleyman Özay olacaq.
Galatarsay-da Hakim Ziyech zədə səbəbindən sabahkı oyunu buraxacaq.
Fenerbahçe-də isə Osayi-Samuelin matçda oynaması gözlənilmir.