Bakı,AzerVoice
UEFA Avropa Liqasında 2024-2025-ci il mövsümündə mübarizə aparacaq olan təmsilçimiz Qarabağın rəqibləri bəlli olub.
AzerVoice xəbər verir ki, UEFA Avropa Liqasının 2024-2025-ci il mövsümünün liqa mərhələsinin püşkatma mərasimi keçirilib.
Təmsilçimiz evdə Ajax, Lyon, Malmö, FCSB komandaları ilə səfərdə isə Tottenham, Olympiacos, Bodo/Glimt və Elfsborq komandaları ilə qarşılaşacaq.
Bu mövsümdən etibarən UEFA Avropa Liqası klassik qrup formatında deyil, 36 komandanın iştirakı ilə liqa formatında təşkil olunacaq.
Avropa Liqasında hər komanda 4-ü evdə, 4-ü isə səfərdə olmaqla 8 fərqli rəqiblə qarşılaşacaq.
İlk 8 yeri tutan komanda birbaşa 1/8 finala yüksələcək. Liqada 9-24. Reytinqdə yer alan komandalar pley-off mərhələsində üz-üzə gələcək və son 16 tura vəsiqə qazanmağa çalışacaq. İlk 24-dən kənarda qalan komandalar avrokuboklarla vidalaşacaq.
Liqa mərhələsinin başa çatması ilə pley-off mərhələsindən başlayaraq ikili oyundan ibarət seçmə sistemi tətbiq olunacaq.