Əsas səhifə » Hədəfimiz Çempionlar Liqasıdır - Okan Buruk

Hədəfimiz Çempionlar Liqasıdır - Okan Buruk

Bakı,AzerVoice

İlk məqsədimiz Young Boys-u məğlub edərək Çempionlar Liqasına vəsiqə qazanmaqdır.

AzerVoice xəbər verir ki, bu sözləri Galatasaray klubunun baş məşqçisi Okan Buruk deyib.

"Ötən mövsüm Çempionlar Liqasında mübarizə apardıq. Bu mövsüm də buna nail olmaq istəyirik. Bunun nə qədər vacib və dəyərli olduğunu bilirik",- deyə Buruk bildirib.

Mütəxəssis qida zəhərlənməsi yaşayan Barış Alper Yılmazla əlaqəli suallarıda cavablandırıb. O, Yılmazın təyyarədə olduğunu və İsveçrəyə gəldiyini bildirib.

Qeyd edək ki, Galatasaray UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda İsveçrənin Young Boys komandasını qəbul edəcək. Görüş sabah Bakı vaxtı ilə 23:00-da başlayacaq. Komandalar arasındakı cavab görüşü isə avqustun 27-sində oynanacaq.

Digər Kateqoriyalar

2025 © Azervoice