Əsas səhifə » Real Madrid mövsümə xal itkisi ilə başlayıb

Real Madrid mövsümə xal itkisi ilə başlayıb

Bakı,AzerVoice

İspaniya La Liga-sının ilk həftəsində Mallorca öz meydanında Real Madrid ilə 1-1 bərabərə qalıb.

AzerVoice xəbər verir ki, bu nəticə ilə komandalar mövsümə hərəyə 1 xalla başlayıb.

Oyunda hesabı 13-cü dəqiqədə Realın hücumçusu Rodrygo açıb.

53-cü dəqiqədə meydan sahibləri Vedat Muriqi-nin qolu ilə hesaba tarazlıq gətirib.

Oyun bu hesabla yekunlaşıb. 90+7 ci dəqiqədə F.Mendy qırmızı vərəqə görərək meydandan kənarlaşdırılıb.

Qeyd edək ki, Kral klubunun əzəli rəqibi Barcelona mövsümə Valencia üzərindəki 1-2 hesablı qələbə ilə başlamışdı.

Digər Kateqoriyalar

2025 © Azervoice