Bakı, AzerVoice
Türk futbolunun canlı əfsanəsi, İmperator ləqəbli Fatih Terimin bir çox unudulmaz uğurlara imza atdığı Galatasaraya ilk dəfə futbolçu kimi imza atmasından 50 il keçir.
AzerVoice xəbər verir ki, Fatih Terim 11 il Galatasarayda futbolçu kimi çıxış edib.
1974-cü ildə Galatasaraya gələn Terim 1984-1985-ci illərin sonuna qədər 11 mövsüm sarı-qırmızılı formada çıxış edib. Ümumilikdə 402 rəsmi matçda forma geyinən Fatih Terim komandanın kapitanı vəzifəsini də icra edib.
Türkiyə millisində də çıxış edən Terim 51 oyunda ay-ulduzlu forma geyinib.
Türkiyədə bir çox klubları çalışdırdıqdan sonra, Milli Komanda səviyyəsində çalışmağa başlayan Terim, buradakı hərəkətləri ilə gələcəkdə qazanacağı qələbələrin siqnallarını verməyə başlamışdı.
Onun milli komandalardakı uğurları nəticəsində ilk vətəni olan Galatasarayın qapıları onun üzünə yenidən açıldı.
Terimin rəhbərliyi altında qurulan Galatasaray 1996-2000-ci illər arasında dörd dəfə dalbadal Super Liqa çempionluğu qazanaraq çox çətin bir rekord əldə etdi.
Türkiyə və Avropada uğurlu nəticələr əldə edən Galatasaray Terimin rəhbərliyi altında 1999-2000-ci illər mövsümündə də UEFA kubokunu başı üzərinə qaldıraraq Türkiyə futbol tarixində Avropa kubokunu qazanan ilk və yeganə komanda olub.
Qeyd edək ki, Fatih Terim dörd dəfə ayrı zaman aralıqlarında Galatasaray klubunu çalışdırmışdır (1996-2000, 2002-2004, 2011-2013, 2017-2022).