Əsas səhifə » Qalatasaray 56 milyon avroluq transfer planlaşdırır

Qalatasaray 56 milyon avroluq transfer planlaşdırır

Bakı,AzerVoice:

Qalatasaray Rafael Varan, İlkay Gündoğan və Kazemironu heyətinə qatmaq istəyir.

AzerVoice xəbər verir ki, Qalatasarayın Mançester Yunaytedlə müqaviləsi başa çatan Rafael Varan, braziliyalı yarımmüdafiəçi Kazemiro və Barselonadan İlkay Gündoğanla maraqlandığı bildirilir.

Futbolçuların hazırki vəziyyəti belədir:

Rafael Varan klubsuz qalır. Hazırda qiyməti 20 milyon avro olan 31 yaşlı müdafiəçinin karyerasında Dünya Kuboku və Çempionlar Liqası kubokları qazanmışdır.

Kazemironun daha iki il müqaviləsi var. Bazar dəyəri 20 milyon avro olan braziliyalı oyunçunun Mançester ilə 2026-cı ilə qədər müqaviləsi var. Mançester Yunayted 2022-ci ildə braziliyalı futbolçuya 70 milyon avro transfer haqqı ödəyib.

İlkay Gündoğanın Barselona ilə müqaviləsi 2025-ci ilə qədər davam edir. Kataloniya nəhəngi çox yaxşı mövsüm keçirən ulduz futbolçunu satmaq istəmir. İlkay Gündoğanın bazar dəyəri 16 milyon avrodur.

Qeyd edək ki, Pley-off mərhələsini keçəcəyi təqdirdə Çempionlar Liqasına yüksələcək Qalatasaray 15,64 milyon avro qazanacaq. Bundan əlavə, qrupdakı hər qələbə 2,8 milyon avro, heç-heçə isə 930 min avro qazandıracaq.

Digər Kateqoriyalar

2025 © Azervoice