BAKI,AzerVoice
Norveçli hücumçu Erlinq Holand mövsümün sonunda Mançester Siti klubunu tərk edə bilər.
AzerVoice xəbər verir ki, ulduz futbolçu komandanın nəticələrindən narazıdır və müqaviləsinə baxmayaraq, İngiltərədən ayrılmağı düşünür.
Holandın ətrafında baş verənlərlə Bavariya və PSJ yaxından maraqlanır, lakin Mançester Siti futbolçunu buraxmaq niyyətində deyil.
2025-ci ilin yanvarında klub Erlinq Haalandla 9,5 illik müqavilə imzaladığını elan edib.
Mançester Siti bu mövsüm Premyer Liqada beşinci pillədə qərarlaşıb, Çempionlar Liqasından isə pley-off mərhələsində kənarlaşdırılıb. Komanda hazırda yalnız İngiltərə Kubokunda mübarizəsini davam etdirir.
Əgər Siti növbəti mövsüm üçün Çempionlar Liqasına vəsiqə qazanmasa, bu, Pep Qvardiolanın 2016-cı ildən baş məşqçi olduğu dövrdə ilk dəfə klubun bu turnirdən kənarda qalması demək olacaq.