Əsas səhifə » PSJ çempionluğunu elan etdi

PSJ çempionluğunu elan etdi

BAKI,AzerVoice

Fransada PSJ, Avropanın beş böyük liqasında çempionluğunu elan edən ilk komanda oldu.

AzerVoice xəbər verir ki, İngiltərədə Liverpool, İspaniyada Barselona, İtaliyada İnter və Almaniyada Bavariya, xal cədvəlinin zirvəsində yer alıblar.

PSJ, bitimə altı həftə qalmış çempion oldu Ligue 1-də PSG, evdə Angers-i 1-0 məğlub edərək, mövsümün bitiminə altı həftə qalmış çempionluğunu elan etdi.

İspaniyalı baş məşqçi Luis Enrike rəhbərliyindəki PSJ, ardıcıl dördüncü dəfə olmaqla, 13-cü çempionluğuna imza atdı.

Liqada 28-ci həftə sonunda heç bir məğlubiyyət almayan çempion PSJ, xallarını 74-ə çatdırdı. Marsel 52, Monako 50 və Strasburq 49 xalla PSJ-ni izləyir.

Digər Kateqoriyalar

2025 © Azervoice