24
BAKI,AzerVoice
İtaliya Birinci Futbol Liqasının (A Seriyası) 31-ci turunda Yuventus səfərdə Roma ilə 1-1 bərabərə qaldı.
AzerVoice xəbər verir ki, Roma Olimpiya Stadionunda keçirilən oyunun ilk yarısını Yuventus 40-cı dəqiqədə Manuel Lokatellinin vurduğu qolla 1-0 öndə tamamladı.
Roma isə 49-cu dəqiqədə Eldor Şomurodovun vurduğu qolla bərabərliyi təmin etdi.
Qalan müddətdə başqa qol olmadı və qarşılaşma 1-1 hesabı ilə başa çatdı.
Bu nəticə ilə Yuventus xallarını 56-ya, Roma isə 53-ə yüksəltdi.