BAKI,AzerVoice
İngiltərənin Arsenal klubunda çıxış edən braziliyalı müdafiəçi Qabriel Maqalayeş mövsümün qalan hissəsini buraxacaq.
AzerVoice xəbər verir ki, klubun rəsmi açıqlamasına görə, 27 yaşlı futbolçu Fulham ilə keçirilən qarşılaşmada hamstring (bud əzələsi) zədəsi alıb və əməliyyat olunacaq.
Açıqlamada bildirilib ki, Qabriel yaxın günlərdə əməliyyata götürüləcək və dərhal reabilitasiya prosesinə başlayacaq. Klub rəhbərliyi futbolçunun gələn mövsümün əvvəlində tam hazır olmasını hədəfləyir.
Qeyd edək ki, Maqalayeş bu mövsüm Premyer Liqada Arsenal-ın keçirdiyi 30 oyunun 28-də start heyətində yer alıb.
Hazırda Arsenal 61 xalla turnir cədvəlində ikinci yerdə qərarlaşıb və London təmsilçisi lider Liverpooldan 12 xal geri qalır.