BAKI,AzerVoice
Trendyol Super Liqasının 29-cu turunda Beşiktaşa 2-1 hesabı ilə məğlub olan Qalatasaray, bu mövsüm ilk dəfə meydanı xalsız tərk etdi.
AzerVoice xəbər verir ki, Tüpraş stadionunda keçirilən qarşılaşmada sarı-qırmızılılar 23-cü dəqiqədə Rafa Silvanın qolu ilə geri düşdü. 36-cı dəqiqədə Frankovskinin qırmızı vərəqə alması komandanı çətin vəziyyətdə qoysa da, 45-ci dəqiqədə Lukas Torreyra möhtəşəm zərbə ilə hesabı bərabərləşdirdi.
İkinci hissədə Galatasaray 66-cı dəqiqədə Gedson Fernandesin qoluna mane ola bilmədi və yenidən geri düşdü. Baş məşqçi Okan Burukun etdiyi dəyişikliklər nəticə vermədiyi üçün sarı-qırmızılılar matçı 2-1 hesabı ilə məğlub başa vurdu.
Bu nəticə ilə Galatasaray 71 xalda qaldı və ən yaxın izləyicisi Fənərbaxça ilə olan 9 xallıq fərq 6-ya endi. Fənərbaxça növbəti turda Trabzonsporla qarşılaşacaq və qalib gələcəyi təqdirdə fərqi 3 xala endirə bilər.
Galatasaray, sonuncu dəfə keçən mövsüm 37-ci turda Fənərbaxçəyə məğlub olmuşdu. O vaxtdan bəri komanda 28 matçda 23 qələbə, 5 heç-heçə əldə edərək məğlubiyyət üzü görməmişdi. Beşiktaş derbisində alınan bu məğlubiyyət, sarı-qırmızılıların uzunmüddətli seriyasına son qoydu.
Galatasarayın səfərdə 25 matçlıq məğlubiyyətsizlik seriyası da sona çatdı. Son olaraq ötən mövsüm 12-ci turda Hatayspora məğlub olan komanda, bu müddət ərzində səfərdə 21 qələbə, 4 heç-heçə əldə etmişdi. Lakin Beşiktaşa məğlubiyyət bu uğurlu seriyanı da bitirdi.
Galatasaray, Beşiktaşa qarşı sonuncu dəfə 30 aprel 2023-cü ildə 3-1 hesabı ilə uduzmuşdu. Həmin məğlubiyyətdən sonra komandalar arasında keçirilən 3 oyunun hamısını sarı-qırmızılılar qazanmışdı. Lakin bu axşam alınan nəticə bu seriyanı da sona çatdırdı.