Əsas səhifə » "İnter Milan" "Beşiktaş"-ın futbolçusu Ciro İmmobile ilə maraqlanır

"İnter Milan" "Beşiktaş"-ın futbolçusu Ciro İmmobile ilə maraqlanır

BAKI, AzerVoice

İtaliya A Seriyasının nəhəng klublarından "İnter Milan" Türkiyə Superliqasında çıxış edən "Beşiktaş"-ın Futbolçusu İtaliyalı hücumçu Ciro İmmobile ilə maraqlanır.

AzerVoice xəbər verir ki, "İnter Milan" hazırkı hücumçusu Mehdi Tareminin zəif performansından narazıdır və onun əvəzinə Immobileni transfer etməyi düşünür.

Taremi bu mövsüm 34 oyunda yalnız 3 qol vurub və bu səbəbdən klub, daha hazır və təcrübəli bir forvard kimi Immobileni gündəmə gətirib.

İtalyan mətbuatına danışan Ciro İmmobile isə belə deyib:

"Mental olaraq özümü hələ də yaxşı hiss edirəm və futbola olan həvəsim yüksəkdir. Rekordlar qırdığım və parladığım liqaya qayıtmaq gözəl olar. Türkiyədən sonra futbolu buraxmaq fikrim yoxdur, əksinə, böyük bir finalla nöqtə qoymaq üçün çalışıram"

Qeyd edək ki, İtalyan hücumçu, bu mövsüm 33 oyunda 15 qol vurub və 3 məhsuldar ötürmə edib.

Digər Kateqoriyalar

2025 © Azervoice