94
BAKI, AzerVoice
Qazaxıstanlı sərbəst güləşçi Rizabek Aitmuxan İordaniyada keçirilən Asiya Güləş Çempionatında gümüş medal qazanıb.
AzerVoice xəbər verir ki, bu barədə, Qazaxıstan Milli Olimpiya Komitəsi məlumat yayıb.
Məlumata əsasən, 97 kq çəki dərəcəsində güləşçi, final görüşündə yaponiyalı Araş Yoşidaya 7:1 hesabı ilə məğlub olub və ikinci yeri tutub.
Qazaxıstan çempionatın ilk günündə iki medal qazanıb.
Xatırladaq ki, bundan əvvəl qazaxıstanlı Jamilya Bakbergenova da İordaniyanın paytaxtı Ammanda keçirilən Asiya Güləş Çempionatında qızıl medal qazanmışdı.