Əsas səhifə » Ronaldo Nazario xüsusi işçi qrupuna rəhbərlik edəcək

Ronaldo Nazario xüsusi işçi qrupuna rəhbərlik edəcək

BAKI,AzerVoice

Ronaldo Nazario, Cənubi Amerika futbolunda irqçilik, ayrı-seçkilik və zorakılığı aradan qaldırmaq məqsədilə yaradılan xüsusi işçi qrupuna rəhbərlik edəcək.

AzerVoice xəbər verir ki,bu barədə kontinental rəhbər qurumu olan CONMEBOL cümə axşamı açıqlama verib.

“Bu işçi qrupunun missiyası, həm idmana, həm də cəmiyyətə təsir edən bu davranışları aradan qaldırmağa kömək edəcək siyasətlərin hazırlanması və profilaktik və cəza mexanizmlərinin yaradılmasını təmin etmək olacaq”, – deyə CONMEBOL açıqlamasında bildirib.

48 yaşlı Ronaldo 2019-cu ildə futbolu tərk edib. Onun karyerasına 1994 və 2002-ci illərdə qazandığı Dünya Çempionatı titullları daxildir.

Təyinat, CONMEBOL Prezidenti Alejandro Domínguezin, Braziliya futbolu ilə bağlı verdiyi mübahisəli açıqlamalarının ardından təşkil edilən, liderlərin, hökumət rəsmilərinin, sabiq oyunçuların və oyunçu ittifaqları nümayəndələrinin iştirakı ilə keçirilən görüşdən sonra baş tutub.

Ronaldo ilə yanaşı, sabiq FIFA Ümumi Katibi Fatma Samoura və FIFPRO Cənubi Amerika prezidenti, sabiq Argentina oyunçusu Sergio Marchi də bu işçi qrupunun üzvü olacaq.

Digər Kateqoriyalar

2025 © Azervoice