Əsas səhifə » İran, Dünya Çempionatına qatılma haqqını qazandı

İran, Dünya Çempionatına qatılma haqqını qazandı

BAKI,AzerVoice

Dünya Çempionatının seçmə mərhələsinin A qrupunun 3-cü turunun 8-ci həftəsində keçirilən oyunda İran Azadi stadionunda qəbul etdiyi Özbəkistanla 2:2 hesablı heç-heçə edib.

AzerVoice xəbər verir ki, ev sahibi İranın qollarını Mehdi Taremi, qonaq komandanın qollarını isə Khojimat Erkinov və Abbosbek Fayzullaev vurub.

İran bu nəticə ilə xallarını 20-yə yüksəldib və dünya çempionatına vəsiqəni təmin edib.

İran ardıcıl dördüncü dəfə, ümumilikdə isə yeddinci dəfə dünya çempionatında mübarizə aparacaq.

ABŞ, Kanada və Meksikanın ev sahibliyi edəcəyi 2026 FIFA Dünya Çempionatı tarixində ilk dəfə 48 komandanın qatılması ilə 11 İyun - 19 İyul 2026 tarixlərində keçiriləcək.

Ev sahibləri olan ABŞ, Kanada və Meksika, Dünya Çempionatına birbaşa qatılacaq.

İranla yanaşı, Yaponiya və Yeni Zelandiya da indiyə qədər turnirə qatılmağı təmin edən digər komandalar olub.

Digər Kateqoriyalar

2025 © Azervoice