Əsas səhifə » "Mançester Yunayted" Castin Kluiverti heyətinə qatmaq istəyir

"Mançester Yunayted" Castin Kluiverti heyətinə qatmaq istəyir

Bakı, AzerVoice

İngiltərənin "Mançester United" klubu, bu mövsüm "Bornmut" klubunda çıxış edən hollandiyalı futbolçu Castin Kluiverti heyətinə qatmaq istəyir.

AzerVoice xəbər verir ki, gələn mövsüm hücum xəttini gücləndirmək istəyən İngiltərə klubu bu istiqamətdə işlərini davam etdirir.

Kluivertlə İngiltərə Premyer Liqası klublarından "Nyukasl Yunayted" də maraqlanır. Eyni zamanda onunla "Liverpool" və "Tottenhem" klubları da maraqlanır.

Qeyd edək ki, Kluivert bu mövsüm "Bornmut"u 32 oyunda təmsil edib, 13 qol vurub və 7 məhsuldar ötürmə edib.

Onun hazırkı bazar dəyəri 35 milyon avrodur və "Bornmut" ilə müqaviləsi 2028-ci ilə qədər qüvvədədir.

Digər Kateqoriyalar

2025 © Azervoice