Əsas səhifə » Ərdoğan Türkiyə millisini təbrik edib

Ərdoğan Türkiyə millisini təbrik edib

BAKI,AzerVoice

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, UEFA Millətlər Liqası Play-Off Turunda Macarıstanı səfərdə məğlub edərək UEFA Millətlər A Liqasına yüksələn Türkiyə Milli Futbol Komandasını təbrik edib.

AzerVoice xəbər verir ki, UEFA Millətlər Liqası A/B Play-Off Turunun cavab matçında Macarıstanı 3-0 məğlub edən Türkiyə Milli Futbol Komandası tarixində ilk dəfə A Liqasına yüksəlib.

Puşkaş Arenada keçirilən oyunun ardından milli komandanın soyunma otağında böyük sevinç yaşandı. Türkiyənin İdman və Gənclər naziri Dr. Osman Aşkın Bak, Türkiyə millisini telefonla Prezident Erdoğanla görüşdürdü.

Baş məşqçi Vincenzo Montella və Türkiyə Futbol Federasiyasının Prezidenti İbrahim Hacıosmanoğlu ilə danışan Ərdoğan, komandaya təbriklərini çatdırdı.

"Cənab Prezidentim, çox gözəl bir qələbə qazandıq, ümid edirəm ki, sizi və Türkiyəni qürurlandırmışıq. Uzun müddətdir, demək olar ki, üç ildir öz evində məğlub olmayan bir komandaya qarşı qələbə qazandıq. Komandamız möhtəşəm bir işə imza atdı",- deyə klubun baş məşqçisi Montella bildirib.

Digər Kateqoriyalar

2025 © Azervoice