Əsas səhifə » Necip Uysal Beşiktaşa qayıdacaq

Necip Uysal Beşiktaşa qayıdacaq

Bakı, AzerVoice

Zədələndiyi səbəbindən 200 gündür meydanlardan uzaq qalan "Beşiktaş" klubunun futbolçusu Necip uysal komandaya qayıtmağa hazırlaşır.

AzerVoice xəbər verir ki, "Beşiktaş" klubunun prezidenti Sərdal Adalının bir ay əvvəl müqaviləsini uzatdığı təcrübəli futbolçu, martın 29-da "Qalatasaray"la keçiriləcək derbidə oynaya biləcək.

Necip Uysalın qayıdışının komandaya da müsbət təsir edəcəyi gözlənilir.

Klubun texniki heyəti, ehtiyat oyunçular skamyasında belə komandanın mübarizə ruhuna təsir göstərən uğurlu oyunçunun qayıdışını səbirsizliklə gözləyir.

Digər Kateqoriyalar

2025 © Azervoice