BAKI,AzerVoice
Bu gün UEFA Millətlər Liqasının 1/4 final və pley-off mərhələsinin ilk oyunları oynanacaq.
AzerVoice xəbər verir ki, pley-off mərhələsinə Türkiyə - Macarıstan oyunu ilə start veriləcək.
Görüş Rams Park stadionunda keçiriləcək və görüşü Slovakiyadan olan hakimlər heyəti idarə edəcək.
Türkiyənin heyətində Arda Gülər və Merih Demiral kart cəzalısı olduqları üçün oyunu buraxacaqlar.
Zeki Çelik, Çağlar Söyüncü, Ferdi Kadıoğlu isə zədə səbəbindən bu qarşılaşmada iştirak edə bilməyəcəklər.
Görüş Bakı vaxtı ilə 21:00-da başlayacaq.
Digər görüşlər isə aşağıdakılardır:
1/4 final oyunları
Saat 23:45, Niderland - İspaniya
Saat 23:45, Xorvatiya - Fransa
Saat 23:45, Danimarka - Portuqaliya
Saat 23:45, İtaliya - Almaniya
Pley-off oyunları
Saat 21:00, Türkiyə - Macarıstan
Saat 21:00, Avstriya - Serbiya
Saat 21:00, Yunanıstan - Şotlandiya
Saat 23:45, Ukrayna - Belçika
Saat 18:00, Ermənistan - Gürcüstan
Saat 21:00, Slovakiya - Sloveniya
Saat 21:00, Kosovo - İslandiya
Saat 23:45, Bolqarıstan - İrlandiya