Əsas səhifə » Messi Argentina millisinə çağırılmayıb

Messi Argentina millisinə çağırılmayıb

BAKI,AzerVoice

Lionel Messi Argentina millisinin növbəti iki Dünya Çempionatı seçmə oyunlarının heyətindən kənarda qaldı.

AzerVoice xəbər verir ki, 37 yaşlı futbolçu MLS-də Atlanta United üzərindəki qələbədə start heyətində yer alsa da, bazar günü keçirilən oyunda zədə aldığı bildirilir.

Inter Mayami səkkizqat “Qızıl top” qalibinin adduktor əzələsində yüngül dərəcəli zədəsi olduğunu təsdiqləyib.

Messi, ardıcıl üç oyunda istirahət etdikdən sonra keçən həftə Concacaf Champions Cup çərçivəsində Yamayka təmsilçisi Cavalier-ə qarşı oyunda meydana çıxıb və qol vurub.

Bu oyunlarda Argentina, Uruqvayın qonağı olacaq və Braziliyanı qəbul edəcək. Komanda bu mərhələdə DÇ-2026-ya vəsiqəni təmin edə bilər.

Argentina, cədvəldə Uruqvayı beş xal qabaqlayaraq liderliyini qoruyur. Braziliya isə beşinci pillədədir və liderdən yeddi xal geridədir.

Cənubi Amerikadan ilk altı komanda birbaşa Dünya Çempionatına vəsiqə qazanacaq, yeddinci yerin sahibi isə pley-offa çıxacaq.

Messi, 12 turda vurduğu 6 qolla seçmə mərhələnin bombardiridir və ümumilikdə 191 beynəlxalq oyununda 112 qol vurub.

Braziliya millisində isə Neymar yer almayacaq. 33 yaşlı futbolçu bud nahiyəsindəki zədəsinə görə heyətə çağırılmayıb.

Digər Kateqoriyalar

2025 © Azervoice