BAKI, AzerVoice
İngiltərənin Nyukasl klubu tarixində ilk dəfə İngiltərə Liqa Kubokunun qalibi oldu.
AzerVoice xəbər verir ki, Komanda finalda Liverpulu 2:1 hesabı ilə məğlub edərək, 70 illik fasilədən sonra bu titulun sahibi oldu.
Londondakı məşhur Uembli stadionunda keçirilən həlledici qarşılaşmada Nyukaslın qollarını 45-ci dəqiqədə Den Bern və 52-ci dəqiqədə Aleksander İsak vurdu.
Liverpulun təsəlli qolunu isə 90+4-cü dəqiqədə Federiko Kyeza qeydə aldı.
Beləliklə, Nyukasl ilk dəfə Liqa Kubokunun qalibi oldu. Bundan əvvəl komanda iki dəfə – 1976 və 2023-cü illərdə finala çıxmışdı, lakin kuboku qazanmağı bacarmamışdı.
Liverpul isə 2024-cü ildə bu titulu qazanan son komanda idi. Ümumilikdə klub rekord göstərici ilə 10 dəfə – 1981, 1982, 1983, 1984, 1995, 2001, 2003, 2012 və 2022-ci illərdə Liqa Kubokunu qazanıb.
Nyukaslın tarixi uğuru klub azarkeşləri üçün böyük sevinc mənbəyi olub və komanda İngiltərənin ən nüfuzlu kubok yarışlarından birində qalib gəlməyin qürurunu yaşayır.