BAKI, AzerVoice
Qarabağ FK-nın fransalı yarımmüdafiəçisi Abdullah Zubir klubun heyətində 300-cü oyununu keçirib.
AzerVoice-un məlumatına görə, futbolçunun yubiley matçı Misli Premyer Liqasında, Kəpəz komandası ilə səfər oyununa təsadüf edib. 33 yaşlı futbolçu bu müddət ərzində Qarabağ forması ilə 66 qola imza atıb.
Zubir 2018/19 mövsümündən etibarən Qarabağ FK-da çıxış edir və indiyədək:
- 179 çempionat oyununda 46 qol,
- 23 kubok matçında 5 qol,
- 98 avrokubok görüşündə 15 qol vurub.
Ümumilikdə 300 rəsmi matçda meydana çıxan Zubir, Qarabağ FK tarixində ən stabil çıxış edən legionerlərdən biri olub.
Fransalı futbolçu Qarabağ FK-ya 2018-ci ildə transfer olunub. Klub onun üçün Fransanın Lens komandasına 1 milyon avro təzminat ödəyib. O vaxtdan bəri Zubir, komandaya həm daxili çempionat, həm də avrokuboklarda böyük töhfə verərək, Qarabağın əsas aparıcı oyunçularından birinə çevrilib.