Əsas səhifə » Barcelona liderliyini qorumağa davam edir

Barcelona liderliyini qorumağa davam edir

BAKI,AzerVoice

İspaniya La Liqasının 28-ci turunda Barcelona, Atletico Madrid-i səfərdə 4-2 hesabı ilə məğlub edərək, liderliyini davam etdirdi.

AzerVoice xəbər verir ki, Metropolitano Stadionunda baş tutan qarşılaşmada Atletico Madrid ilk hissənin son dəqiqələrində Julian Alvarezin 45-ci dəqiqədə vurduğu qolla 1-0 önə keçib.

İkinci hissənin əvvəlində Dieqo Simeonenin komandası üstünlüyünü qoruyaraq 70-ci dəqiqədə Aleksandr Sorloth-un qolu ilə fərqi 2-yə yüksəltdi. Lakin Barcelona bu məqamdan sonra oyunu nəzarətə aldı.

72-ci dəqiqədə Robert Levandovskinin qolu Kataloniya klubunun geri dönüşünü başlatdı. 78-ci dəqiqədə Ferran Torres hesabı 2-2 etdi. 92-ci dəqiqədə gənc ulduz Lamine Yamalın qolu ilə Barcelona hesabda üstünlüyü ələ keçirdi. 98-ci dəqiqədə Torres özünün ikinci, komandasının isə dördüncü qolunu vuraraq matça son nöqtəni qoydu.

Bu qələbə ilə 60 xala yüksələn Barcelona, Real Madrid qarşısında oyun azlığı və top fərqi üstünlüyü ilə liderliyini qoruyub. Atletico Madrid isə 56 xalla La Liqada 3-cü pillədə yer alıb.

Digər Kateqoriyalar

2025 © Azervoice