Əsas səhifə » Azərbaycan taekvondoçuları Belçikada 6 medal qazanıblar

Azərbaycan taekvondoçuları Belçikada 6 medal qazanıblar

Bakı, AzerVoice

Azərbaycanın böyüklərdən ibarət taekvondo millisinin üzvləri Belçikanın Lommel şəhərində keçirilən açıq çempionatda 6 medal qazanıblar.

AzerVoice-un Taekvondo Federasiyasının mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Bəhruz Quluzadə (54 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Digər taekvondoçularımızdan Qaşım Maqomedov (63 kq) gümüş, Xıdır Məmmədov (54 kq), Səyyad Dadaşov (58 kq), Eltac Qafarov (87 kq) və Səmərrux Osmanova (49 kq) isə bürünc medallara sahib olublar.

Digər Kateqoriyalar

2025 © Azervoice