Əsas səhifə » Mançester Siti İki Ulduz Futbolçusu ilə Yollarını Ayırır

Mançester Siti İki Ulduz Futbolçusu ilə Yollarını Ayırır

BAKI,AzerVoice

Bu mövsüm Premyer Liqada uğursuz çıxış edən Mançester Siti, heyətində böyük dəyişikliklərə start verib.

AzerVoice xəbər verir ki, Pep Qvardiolanın rəhbərliyi ilə transfer strategiyasına yenidən baxan klub rəhbərliyi, Kevin De Bruyne və Bernardo Silva ilə yolları ayırmağı planlaşdırır.

Mançester Siti, çempionluq yarışında geridə qalaraq azarkeşlərini məyus edib və Çempionlar Liqasında Real Madridə məğlub olaraq turnirdən kənarlaşdırılıb.

Bu uğursuz nəticələrdən sonra klub rəhbərliyi heyətdə yenilənməyə qərar verib.

Mançester Siti yay transfer pəncərəsində əsas hədəfini müəyyən edib. Klub, Real Madridin 22 yaşlı fransız yarımmüdafiəçisi Eduardo Kamavinqanı transfer etmək istəyir.

Hazırda 80 milyon avro bazar dəyərinə malik olan Kamavinqa, Real Madrid ilə 2029-cu ilə qədər müqaviləyə sahibdir. Mançester Sitinin, gənc ulduz üçün ciddi bir transfer təklifi ilə çıxış edəcəyi gözlənilir.

Digər Kateqoriyalar

2025 © Azervoice