BAKI,AzerVocie
İspaniya təmsilçisi Barselonanın 17 yaşlı ulduz futbolçusu Lamin Yamal, UEFA Çempionlar Liqası tarixində bir oyunda həm qol vuran, həm də asist edən ən gənc futbolçu oldu.
AzerVocie xəbər verir ki, Barselona Portuqaliyanın Benfika klubunu 1-0-ın cavab oyununda 3-1 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəldi.
Kataloniya təmsilçisinin qollarını 11 və 42-ci dəqiqələrdə Rafinya, 27-ci dəqiqədə isə Lamine Yamal vurdu. Benfikanın yeganə qoluna 13-cü dəqiqədə Nikolas Otamendi imza atdı.
Barselona"nın 17 yaşlı istedadı Lamin Yamal, UEFA Çempionlar Liqası tarixində bir oyunda həm qol atan, həm də asist edən ən gənc futbolçu kimi tarixə keçdi. 27-ci dəqiqədə komandasını önə keçirən Yamal, ilk qolda da asist edərək oyunun əsas qəhrəmanlarından biri oldu.
Gənc futbolçunun bu tarixi uğuru İspaniya mətbuatında geniş əks-səda doğurdu. Bu uğuru, onun gələcəkdə daha böyük zirvələri fəth edə biləcəyini göstərir.