Əsas səhifə » Madrid Derbisi və Digər Böyük Matçlar – Çempionlar Liqasında Qərar Anı

Madrid Derbisi və Digər Böyük Matçlar – Çempionlar Liqasında Qərar Anı

BAKI,AzerVoice

Bu gün UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunları keçiriləcək.

AzerVoice xəbər verir ki, günün ilk görüşü Lill ilə Borusiya Dortmund arasında keçiriləcək.

İlk görüşdə Almaniya təmsilçisi ilə bərabərə qalan Lill, bu gün evində Dortmundu qəbul edəcək.

Görüş Bakı vaxtı ilə 21:45-də başlayacaq. Görüşü İsveçrədən olan hakimlər heyəti idarə edəcək.

Arsenal və PSV komandaları arasında ilk oyun Niderland təmsilçisi üçün çətin keçib. Arsenal ilk görüşdə rəqibini 7-1 hesabı ilə darmadağın edib. Cavab oyunu bu gün Bakı vaxtı ilə 00:00-da Emirates stadionunda baş tutacaq.

Madrid derbisi çərçivəsində ilk oyunda Real Madrid və Atletiko Madridi 2-1 hesabı ilə üstələyib. Cavab oyunu bu gün Bakı vaxtı ilə 00:00-da Atletikonun stadionunda keçiriləcək.

Aston Villa və Klub Brugge arasındakı ilk qarşılaşmada İngiltərə klubu 3-1 hesabı ilə qalib gəlib. Cavab oyunu Bakı vaxtı ilə 00:00-da Villa Park stadionunda baş tutacaq. Aston güclü oyunu ilə qələbəni qorumağa və 1/4 finala yüksəlməyə çalışacaq, Brugge isə bu səfər oyununda sürpriz nəticə əldə etmək üçün bütün gücünü səfərbər edəcək.

Digər Kateqoriyalar

2025 © Azervoice