BAKI,AzerVoice
UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda Barselona öz meydanında Benfikanı qəbul etdi.
AzerVoice xəbər verir ki, matçın əvvəlindən üstün oyun nümayiş etdirən İspan nəhəngi 11 və 42-ci dəqiqələrdə Rafinya, 27-ci dəqiqədə isə Yamalın qolları ilə 3:1 hesabı ilə qalib gələrək turnirdə irəliləyişini davam etdirdi.
Qonaq komandanın yeganə qolunu Otamendi vursada, Barselona meydanda tam üstünlüyə sahib idi.
Xatırladaq ki, bu cütün ilk oyununda Barselona səfərdə 1:0 hesabı ilə qalib gəlmişdi. İki oyunun yekun nəticəsinə əsasən, Kataloniya təmsilçisi mərhələni keçərək növbəti raundda mübarizəni davam etdirmək hüququ qazandı.
Komanda baş məşqçisi Hansi Flik matçdan sonra jurnalistlərə açıqlamasında oyunçuların yüksək motivasiya ilə çıxış etdiyini və qarşıdakı mərhələdə daha da güclü performans sərgiləmək üçün hazırlaşacaqlarını bildirib.