22
BAKI,AzerVoice
UEFA Çempionlar Liqası 1/8 final mərhələsinin cavab oyununda Paris Saint-Germain penaltilərdə Liverpulu 4-1 hesabı ilə məğlub edərək 1/4 finala yüksəldi.
AzerVoice xəbər verir ki, Liverpulun 1-0 hesabı ilə qalib gəldiyi ilk oyunun cavab görüşündə, 12-ci dəqiqədə Paris Saint-Germain Ousmane Dembélé-nin qolu ilə önə keçdi.
90 dəqiqə qonaq komandanın 1-0 üstünlüyü ilə başa çatdı və əlavə vaxt oynanıldı.
Əlavə vaxtda qol qeydə alınmadığı üçün penaltilərə keçildi.
Penaltilərdə rəqibinə 4-1 hesabı ilə üstünlük qazanan Paris Saint-Germain, 1/4 finala vəsiqə qazandı.