Əsas səhifə » Beşiktaş İskonu heyyətinə qatmaq istəyir

Beşiktaş İskonu heyyətinə qatmaq istəyir

Bakı, AzerVoice

Türkiyənin "Beşiktaş" klubu, İspaniyanın "Real Betis" klubunda çıxış edən Iskonu transfer etmək istəyir.

AzerVoice-un məlumatına görə, "Beşiktaş"ın 32 yaşlı futbolçuya "Real Betis"-də qazandığı maaşın iki qatını təklif edəcəyi iddia olunur. Isko-nun İspaniyadakı illik maaşı isə 3 milyon avrodur.

2027-ci ilə qədər "Real Betis" ilə müqaviləsi olan təcrübəli futbolçunun sərbəst qalma məbləği 20 milyon avro olaraq göstərilir.

"Real Betis"-in Iskonu buraxmaq niyyəti yoxdur. İspaniya klubunun Beşiktaş-ın təqdim etdiyi maliyyə şərtləri qarşısında Iskonu komandada saxlamaqda çətinlik çəkəcəyi gözlənilir.

Qeyd edək ki, keçən həftə baş tutan "Real Betis" - "Real Madrid" qarşılaşmasında keçmiş komandasına qarşı üstün oyun sərgiləyən Isko, oyunda 1 qol vurub, və 1 məhsuldar ötürmə edib. Qarşılaşmada "Real Betis" 2-1 hesabı ilə "Real Madrid"ə qalib gəlib.

Digər Kateqoriyalar

2025 © Azervoice